#D32F2F
#F44336
#FF5722
#FFEB3B
#00BCD4
#2196F3
#009688
#4CAF50
#8BC34A
Ev və ofis üçün qəhvə bişirən və ya kofe maşınını necə seçmək olar?

Ev və ofis üçün qəhvə bişirən və ya kofe maşınını necə seçmək olar?

Sep 26, 2017 5 Comments Uncategories

Bakıda və ya Azərbaycanın hər hansı bir şəhərindəki mağazalardan keyfiyyətli qəhvə bişirmək üçün aparat almağa qərar vermisinizsə, aşağıdakıları bilmək lazımdır.

Qəhvə hazırlamaq üçün bütün bənzər aparatlar iki böyük sinifə bölünür: kofe bişirən aparatlar və kofe maşınları. Bir qəhvə maşını ilə qəhvə bişirən aparat arasındakı əsas fərq, içki bütöv qəhvə dənələrindən hazırlanmış olsa belə, minimal insan iştirakıdır.

Bütövlükdə qəhvənin bütöv dənəciklərdən hazırlandığı cihazı qəhvə maşını adlandırırlar.

Qəhvə bişirən aparatlarda isə zavodlarda xüsusi konteynerlərdə qablaşdırılmış üyüdülmüş qəhvədən istifadə olunur. Əgər siz bütöv dənəciklərdən qəhvə hazırlamaq istəyirsinizsə (məlumdur ki, qəhvə üyüdüldükdən 15 dəqiqə sonra öz ətrini itirir) maksimum tez və sadə - bütöv dənələr üçün kofe maşınını seçin.

Bütöv dənəli qəhvə üçün maşınların əsas xüsusiyyəti - quraşdırılmış qəhvəüyüdəndir. Kapuçino hazırlayan bir neçə model - kapuçino, latte və başqa qəhvə içkilərinin hazırlanması üçün südün peşəkar şəkildə köpüklənməsini təmin edən xüsusi qurğu.

Qəhvə maşını 3 əsas prinsiplə işləyir: dənəciklərin üyüdülməsi; üyüdülmüş qəhvənin filtirə tökülməsi; buxar vasitəsi ilə bişirilməsi.Tullantılar avtomatik olaraq tullantı qabına yığılır. Avtomatik qəhvə maşını çox məhsuldardır, belə ki, bir neçə üzvü qəhvə içən ailələr və kiçik ofislər üçün idealdır. Qiymətə gəldikdə isə funksiyalarından və istehsalçıdan aslı olaraq 800 - 8000 AZN arası dəyişir. Kofe maşınlarının əsas çatışmamazlığı - bu qulluqdur.

Qəhvə maşını qulluq tələb edir: Gündəlik qəhvə və süd qalıqlarının təmizlənməsindən əlavə, həftədə bir dəfə filtiri təmizləmək və ümumi olaraq isti su ilə yumaq lazımdır. Əlavə olaraq maşından uzun illər istifadə etmək üçün aylıq təmizlənməsini həyata keçirtmək və istifadənin intensivliyindən aslı olaraq ərpi təmizləmək və yağlamaq lazımdır. 

Qəhvəbişirən aparatların istifadəsi daha rahatdır, hansı ki, biz kapsulalı kofe maşını da adlandırırıq. Sadə qulluq tələb etdiyi üçün bu cihazlar daha populyardır. Bu cihazlar demək olar ki, qulluq tələb etmir, kompaktır və ən əsası zəngin dad və ətri ilə yüksək keyfiyyətli qəvə hazırlamaq imkanı verir. Kapsulalı qəhvə maşınının işləmə prinsipi çox sadədir. Xüsusi kapsulun daxilində qızardılmış və üyüdülmüş qəhvə olur, briketə presdənmiş, hermetik paketin içinə yerləşdirilir. Bu şəkildə qablaşdırılmış olan yenicə üyüdülmüş qəhvənin dadı və ətri 1-2 il qalır. 1 nəfərlik qəhvə üçün 1 kapsuladan istifadə olunur. Müasir istehsalçıların geniş kofe kapsula seçimində siz öz zövqünüzə uyğun olanı seçə bilərsiniz. Bundan əlavə qəhvənin tündlüyünü su əlavə etməklə tənzimləyə bilərsiniz. Kapsula maşına daxil olan kimi o, iynə ilə deşilir və hava axını içəri daxil olaraq presdənmiş qəhvəni yumşaldır. Bundan sonra təzyiq altında yumşalan qəhvə müəyyən dərəcədə qızdırılmış su ilə qarışır və artıq qəhvə hazırdır! Klassik espresso və amerikanodan başqa maşında daha yüngül içkilər də hazırlamaq olar; məsələn kapsulanı qaymaqla qarışdıraraq kapuçino, latte mokka, eləcə də isti şokolad, kakao və s. kapsula və maşını alarkən əsas qayda - yoxlanılmış və ixtisaslaşmış mağazadan almaqdır.

Istehsalçıdan, gücündən və əlavə funksiyalarından aslı olarq  kapsulalı qəhvə maşınlarının qiyməti 300-800 + AZN arası dəyişir.

Comments (5)

  • Avatar
    Test
    Sep 27, 2017

    fiigsdfhgkdfhsgkjdfhgkjsdgjdhfksjghdfjshgkjdfsgsdf

    • Avatar
      test2
      Sep 27, 2017

      terütetreütret

      • Avatar
        qweqe
        Sep 27, 2017

        asdfasfaf

  • Avatar
    afafasa
    Sep 27, 2017

    iiqqiqiqiiq

Leave a Reply

* Name:
* E-mail: (Not Published)
Website: (Site url with http://)
* Comment: