#D32F2F
#F44336
#FF5722
#FFEB3B
#00BCD4
#2196F3
#009688
#4CAF50
#8BC34A
Radiodayə seçərkən

Radiodayə seçərkən

Oct 18, 2017 0 Comments Uncategories

Uşaq üçün radiodayə Bakıda seçərkən nələrə diqqət yetirmək lazımdır?

Siqnalın hərəkət radiusuna. Siz bina mənzilində və ya fərdi evdə yaşayırsınızsa bu siqnal 300 m az olmamalıdır. Nəzərə almaq lazımdır ki, modelin xarakteristikalarında hərəkət diapazonunu düz səth üzrə göstərirlər. Divarların və maneələrin mövcudluğu siqnalın təsirini əhəmiyyətli dərəcədə azaldır.

Enerji yükləmə növünə. Yalnız elektrik mənbəyindən (ən az bloklardan biri) işləyən uşaqlar üçün radiodayələr var. Bu olduqca qənaətcildir, ancaq belə cihazı siz qonaq gedərkən apara və ya eyvanda elektrik mənbəyi yoxdursa orada quraşdıra bilməzsiz. İndi bir çox modellər batareya vasitəsi ilə işləyir. Nəzərə alsaq ki ən azı uşağın ilk altı ayında cihaz gün ərzində işləyir, bu çox baha başa gəlir. Ən optimal model elektrik mənbəyindən yükləmə ilə və ya hər iki bloka akkumulyatorların quraşdırılmasıyla olandır.

Valideynin cihazında batareyanın bitdiyini xəbər verən siqnal mövcudluğu.  Bu siqnalın kəsilən an xəbər tutmaq üçün çox vacibdir.

Körpənin cihazı ilə bağlantının itməsini bildirən siqnal. Əgər eviniz və evin həyət sahəsi böyükdürsə bu çox vacibdir. Bu anaya həyətə çıxmağa və körpənin otağından gələn səsin kəsilməyəcəyindən əmin olmağa imkan verir.

Əks əlaqə və ya “ana-uşaq” funksiyası.  Bu funksiya sayəsində ana uşağı eşidir və cavablandırıb yanına gəlir. Yemək hazırlayaraq bu cihaz vasitəsi ilə uşağa nağıl danışa bilərsiniz, və ya sadəcə uşaqla oyuncaq kimi oynaya bilərsiniz.

Bərkidilmə rahatlığı. Bu cihaz hər zaman sizin yanınızda olmalıdır. Siz bu cihazı boynunuzdan asa, klips vasitəsi ilə kəmərə bərkidə və ya xüsusi altlıqla masa üzərinə qoya bilərsiniz.

Valideynlər üçün radiodayələrdə hansı funksiyalara diqqət edirsinizsə, videodayə seçərkəndə həmin xarakteristikanı axtarın. Əlavə olaraq uşaqlar üçün videodayədə “gecə” və ya infraqırmızı çəkiliş olmalıdır. Əks halda gecələr ekran sadəcə qaralacaq.

Uşaqlar üçün radiodayələri Bakıda axtararkən siz Azərbaycanın onlayn ticarət mərkəzi Shop.az-da təklif olunmuş Uşaqlar üçün radiodayələri ilə tanış olun və cihazları əldə edin.

Leave a Reply

* Name:
* E-mail: (Not Published)
Website: (Site url with http://)
* Comment: