#D32F2F
#F44336
#FF5722
#FFEB3B
#00BCD4
#2196F3
#009688
#4CAF50
#8BC34A
Noutbuk seçərkən

Noutbuk seçərkən

Oct 27, 2017 0 Comments Uncategories

Bu dəfə sizə noutbuk seçməyə kömək edələcək. Görək hansı yaxşdır? Bakıda noutbuk almaq üçün nələrə diqqət etməli?

Noutbuklar istifadə məqsədlərinə görə və təbii ki qiymətinə görə müxtəlif kateqoriyalara bölünür. Sizə evdə lazım olacaq, universal bir noutbukun seçimində diqqət yetiriməli olduğunuz məsələləri təhlil edək.

2017-ci ildə Bakıda aldığınız noutbukda yaxşı ekran olmalıdır. Hal-hazırda keyfiyyətli displey İPS texnologiyası ilə hazırlanmalı və Full HD icazəsinə malik olmalıdır. Əgər noutbukunuzu gün işığında çox işıqlı məkanlarda yox, yalnız qapalı məkanlarda istifadə edəcəksiz, bir az daha ucuz TN matrisalı displeyli noutbukda ala bilərsiz, amma bu cür ekranlarda baxış bucağı daha kiçikdir, yəni yandan, bir az yuxardan və ya aşaqdan baxanda bu ekranlarda rənglər dəyişir.

Standart noutbuklar 13-15 düym arası ölçüdə olur. Bu müxtəlif işləri görmək üçün kifayət edir. Düzdür, 17lik noutbuklar da var, amma onlar daha çox oyunlar üçün nəzərdə tutulub, çox güclü, qalın və ağırdılar. Qiymətləri də az deyil.

Noutbukun növbəti vacib parametri - RAM - operativ yaddaş. 2017-ci ildə aldığınız noutbukun donmaması üçün məsləhətli RAM göstəricisi - 8 Gb-dır. 4 Gb operativ yaddaşı olan noutbukda arabir donmalar müşahidə ola bilər. Xüsusilə bir neçə güclü proqramları eyni zamanda açdığınız halda. İnternet, yazışmalar və filmlər üçün 4 Gb da bəs edə bilər. 2 Gb RAM göstəricisi isə aşağı göstəricidir, və bu cür noutbuklarda ilişmə olmadan, komfortlu iş görmək demək olar ki mümkün deyil.

Noutbukun prosessorları İntel və ya AMD ola bilər. Hər ikisi ilə uğurlu modellər mövcuddur, lakin İntel prosessorları ilə seçim daha çox olur. Ortalama olaraq, həm adi işlər həm də oyunlar üçün ən uğurlu seçim İntel Core İ3 və ya İ5 prosessorları ilə təmin olunmuş noutbuklardı.

Daxili Yaddaş məsələsində məsləhət görülür ki, adi vinçester yox, bu cür yaddaşlar bir balaca daha bahadır amma noutunuzu daha sürətli edəcək.

Batareya məsələsi vacibdir. Amma, hamı üçün yox. Məsələn əgər sizin noutunuz daim evdə və ya ofisdə olacaq, onda batareya hətta çox saxlayan olmasa da, siz istənilən vaxt onu elektrik cərəyyana qoşub işlədə bilərsiz.

Əgər siz kompyuteri daha çox kresloda, divanda uzanarkən işlədirsiz, yenə də, divanda 2 - 3 saatdan çox noutbukla oturmaq mümkün deyil, bu qədər müddətə istənilən noutbukun batareyası bəs edər.

Yox, Əgər siz noutbuku tez tez görüşlərə aparırsız, yolda işlədirsiz və güclü batareya, naziklik, yüngül olması sizə vacibdir, bu halda Ultrabuklara nəzər salın. Onlar bu xüsusiyyətlərdən əlavə həm də alüminium korpusda hazırlanır və ümumiyyətlə cazibədar görünüşə malikdilər. Əgər alacağınız noutbuk evdə masanın üzərində qalacaqsa, ultranazik, kompakt noutbuka əlavə pul verməyə dəyməz.

Amma palatkada 10 gün qalmaqla, 10 gündə noutbuk işlətmək istəyirsizsə, onda özünüzlə generator aparın!

Noutbuk alarkən klaviaturaya da fikir verin. Məsələn sizin əsas işiniz mətn yığmağdan keçəcəksə, çalışın alacağınız modeldə klaviaturanın işqlandrması olsun, əlləriniz üçün rahat olsun. Ümumiyyətlə, noutbuk telefon qədər kompakt cihaz olmasa da, amma sahibin əlinə yatan olmalıdır.

Beləliklə, artıq siz bildiniz ki, noutbuklardan "hansı yaxşıdır". Noutbukların Bakıda qiyməti ilə Shop.az saytında tanış ola bilərsiniz.

Müxtəlif dükanların təqdim etdiyi noutbukların konkret modellərinə bir saytda baxmaq imkanını yaradan Shop.az saytına daxil olun və orada Bakıda satılan noutbukların xarakteristikalarını və qiymətlərinı öyrənın. Shop.az – sizə seçim və alış-veriş etməkdə yardımçıdır.

Leave a Reply

* Name:
* E-mail: (Not Published)
Website: (Site url with http://)
* Comment: