#D32F2F
#F44336
#FF5722
#FFEB3B
#00BCD4
#2196F3
#009688
#4CAF50
#8BC34A
Mehsullarin qaytarilmasi - MEGASHOP

Məlumat

Tədarükçülər

Məhsulun Qaytarılması

Qüsurlu mal satılarkən alıcının hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir . Alıcının Satıcı ilə malın alınması barədə bağlanılan “Sifariş Müqaviləsi”nin icra edilməsindən imtina etmə məsələsi (malın geri qaytarılması) Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.Malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.